AZO MMC
Haqqımızda

Haqqımızda

Bu gün qlobal ticarət və biznes dünyası rəqəmsal müstəvidə sürətlə yenidən formalaşır. Biz də peşəkar komandamız və innovativ şirkətlərimizlə bu transformasiyanın ön sıralarında yer alır, hər addımda yüksələn xətlə inkişaf edirik.Hazırda genişmiqyaslı rəqəmsal layihələrimiz bütün MDB regionunu əhatə edəcək şəkildə qurulmaqdadır. YUKAPP, RETAX və AZEST kimi ekosistem layihələrimiz yüksək səmərəliliyi və innovativ həlləri ilə regional bazarda fərq yaradır.Bu böyük vizyonun tərkib hissəsi olaraq, AZO MMC geniş strateji planlama sahəsində fəaliyyətini uğurla genişləndirir. Eyni zamanda, qrupumuza daxil olan Restoline, Karavan Logistics və EM-Tekstil tikiş fabrikimiz öz sektorlarında etibarlı və dinamik inkişafı təmin edirlər.


AZO şirkəti endirimlər sahəsində yeni bir səhifə açmış və hər kəs üçün bu real endirimlərin ilin bütün vaxtlarında  əlçatanlığını təmin edən  xüsusi platforma idarəçiliyinə sahib  Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Çoxsahəli və daim yenilənən tərəfdaş şirkətlərimizin müştərilərimizə təqdim etdikləri xüsusi endirimlər xərclərinizə qənaət etməyiniz  baxımından xüsusi əhəmiyyət kəsb edir.Müştəri və tərəfdaş şirkətlər arasında bazar münasibətlərinin uğurlu təminatı və təşkili,qarşılıqlı məmnuniyyətin yaradılması şirkətin əsas vəzifələrindəndir.Platformanın əsas  üstünlüklərindən  biri də ondan ibarətdir ki,endirimlərdən həm ölkə vətəndaşlarımız  həm də ölkəmizi ziyarət edən xarici qonaqlar,turistlər də yararlana bilərlər.

Platformamızda- Restoranlar,kafelər,əyləncə mərkəzləri,kinoteatrlar,klinikalar,labaratoriyalar,geyim və aksesuar satışı mağazaları,inşaat materialları satışı mağazaları,mebel mağazaları,avadanlıq  satış şirkətləri,avtomobil satış salonları,avtomobil icarəsi üzrə fəaliyyət göstərən şirkətlər,marketlər,otellər,motellər,hostellər,avia bilet satışı şirkətləri,turizm şirkətləri və.s fəaliyyət növləri ilə məşğul olan  şirkətlər platformada qeydiyyatdan keçmiş müştərilərimizə il ərzində xüsusi endirimlər təklif edirlər.

Bir toxunuş qədər asan və rahat, xərclərinizə qənaət etdirən platformamızdakı xidmətlər  nəzarət qruplarımız tərəfindən diqqətlə izlənilir və nəzarət edilir.  Daim müştərilərimizə qeyd edilən endirim faizlərinin  tətbiq edilib edilməməsini mütəmadi yoxlanılır,daxil olmuş şikayətləri anında  araşdırıb həlləri ilə bağlı müştərilərimizi məlumatlandırılır.

Qalereya

Qalareyamız